Ərlə arvadın torpağı bir yerdən götürülüb.

Lit. Husband and wife is the same Satan. Муж да жена - одна сатана. / Кому на ком жениться, тот в того и родится. / Муж с женой, что мука с водой: сболтаешь, да не разболтаешь. / Муж да жена - одна душа. / Подобный подобного любит. / Из одной земли испечены.
ərköyün uşaq
ərsəyə çatdırmaq*
OBASTAN VİKİ
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Adel Torpağı
Adeli torpağı (fr. Terre Adélie) — Fransanın idarə etdiyi Antarktika sektoru. Ərazinin sərhədləri Antarktidanın sahili boyunca keçir və bu koordinatlarda yerləşir: 66°12′ c.g. 136°11′ ş.u. и 66°48′ c.g., bu nöqtələrdən sərhəd Cənub qütbünə qədər 2600 kilometrliy uzunluğunda qitənin içərinə gedir. Sahil xəttinin ümumi uzunluğu təxminən 350 km təşkil edir. Adeli torpağı 432 min kilometrdən çox sahə tutur, və o, demək olar ki, tamamilə buzla örtülürüb. Buranın sahilləri 1837-ci ildə franssız dənizçi Jul Dyumon Dyurvill tərəfindən tapılmışdır və arvadının şərəfinə Adeli adını qoymuşdur. 12 yanvar 1956-cı ildən ərazidə Fransanın Dyuomon d'Yurvil adlı daimi illik elmi-tədqiqat qütb stansiyası fəaliyyət göstərir. Stansiya antarktik sahilində bu koordinatlarda yerləşir: 66°40′ c.g.
Dikson Torpağı
Dikson Torpağı (norv. Dickson Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). İsford və Veydefiord arasında yerləşir. Öz növbəsində bir yarımadadır. İsfordun üç hissəsi ilə parçalanmışdır — Billeford, Sassenford və Tempelford. İsveçli iş adamı və bir çox arktika ekspedisiyalarını maliyyələşdirən Oskar Diksonun (1823—1897) şərəfinə adlandırılmışdır.
Elsuort Torpağı
Elsuort Torpağı, (ing. "Ellsworth Land") (əvvəllər Elsuort Dağlıq Bölgəsi), Antarktidada Antarktik yarımadasının quru hissəsinə yaxın bir yerdə yerləşən bölgəsidir. Meri Berd Torpağının şərqində, Ronni buzluğu ilə Bellinshauzen dənizi arasındadır. Bölgədə bir neçə sıradağları görmək olar. Bunlardan Elsuort dağlarındakı Vinson massiv (5.140 m) Antarktidanın ən yüksək nöqtəsidir. Kələ-kötür və buzla örtülü olan bölgə 1935-ci ildə amerikalı səyyah Linkoln Elsuort və pilotu Herbert Hollik-Kenyon tərəfindən, qitənin üzərindən təyyarə ilə keçərkən tapılmışdır. Argentina, Çili və ABŞ-nin, üzərində haqq iddia etdiyi Elsuort Torpağı hələ tam olaraq kəşf edilməmişdir.
Enderbi Torpağı
Enderbi Torpağı (ing. Enderby Land) — Şərqi Antarktida ərazisinin bir hissəsi olaraq, 44°38' və 59°34' şərq uzunluğunda qərararlaşır. Qərbdən Kraliça Mod Torpağı, şərqdən isə Kemp Torpağı ilə əhatələnir. Kosmonavtlar dənizi sahillərini yuyur. Enderbi Topağının bir hissəsini təşkil edən Bernad yarımadasında 2300 metr hündürlüyə malik olan Neypier dağı yerləşir. Yarımada Kosmonavtlar dənizini Birlik dənizindən ayırır. Yarımada 100 km dəniz daxilinə uzanır. Buz qatının qalınlığı mərkəzi hissədə 2000—2500 metr təşkil edir. Bəzi sahələr buzdan tam azad ola bilir. Enderbi Torpağının şərq hissəsində dağ massivi yerləşir.
Georq torpağı
Qeorq Torpağı — Frans-İosif Torpağı arxipelaqına daxil olan Rusiyaya məxsus olan ada. Şimal Buzlu okeanın suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Arxangelsk vilayəti ərazisinə daxildir. Adanın uzunluğu 115 km, sahəsi — 2821 km² təşkil edir. Qeorq Torpağı arxipelaqın ən böyük adasıdır. Ən hündür zirvəsi Brusilov kupol buzlağıdır (416 m). Ada buxta və fiodlarla parçalanmışdır. Qeorq Torpağı ilə Aleksandra Torpağı arasında Kembricski boğazı yerləşir. Ada britaniyalı qütb araşdırmaçısı Benjamin Li Smit Kral V Georqun şərəfinə adlandırmışdır.
Kemp Torpağı
Kemp Torpağı — Kemp dənizi sahili boyunca uzanan ərazi. William J. Mills: Exploring Polar Frontiers: A Historical Encyclopedia. ABC-Clio, Santa Barbara 2003, S. 342, ISBN 978-1-57607-422-0.
Kots Torpağı
Kots Torpağı (ing. Coats Land) — Şərqi Antarktidada 20° və 36° qərb uzunluqları arasında yerləşir. Şərqdən Kraliça Mod Torpağı, qərbdən isə Filhnera şelf buzlağı əhatələnir. Dəniz kənarı bölgədə Luitpold və Kerd sahilləri ərazisi daxildir. Kots Torpağının böyük hissəsi materik buzlağından ibarətdir. Buzlağın qalınlığı 500—1000 metr təşkil edir. Buzlaq şelfə doğru uzanır. Sahillərini Ueddell dənizi yuyur. Qərb hissədə Teron dağı buzlağın üzərinə çıxır. Torpaq 1904-ci ildə Şotlandiya Milli Antarktika ekspedisiyasının rəhbəri Vilyam Bryus tərəfindən Ceyms və Endryu Kots qardaşlarının şərəfinə adlandlrılmımdır.
Kusov Torpağı
Kusov Torpağı — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Barens dənizi ilə əhatələnmişdir. Arxipelaqın cənubunda yerləşir. Adadan cənubda yalnız kiçik adsız adalar vardır. Vayqaç adasından Kara darvazası boğazı ilə ayrılır. Adadan bir qədər aralıda Prokofev və Persey bankələri yerləşir. 59 metrə malik olan ən hündür zirvə adanın cənub-şərqində yerləşir. İkinci zirvə isə 52 metrdir. Adanın mərkəzində yerləşir.
Luara torpağı
Luara torpaqları və ya Pei-de-la-Luar (fr. Pays de la Loire, IPA: ​[pɛ.i də la lwaʁ]) — Fransanın qərbində bir bölgədir. Paytaxtı Nant şəhəridir. Ərazisi 32 082 km²-dir. Luara, Luar, Sarta və Mayenn çayları bu ərazidən axır. Region departamentlərinə daxildir :Mayenn, Atlantik Luara, Men və Luara, Sarta və Vandeya.
Milne Torpağı
Milne Torpağı (dan. Milne Land; qren. Ilimananngip Nunaa) — Qrenlandiyanın şərqində yerləşən ada. Skorsbi körfəzi ndə yerləşir. Sahəsi 3913 km²təşkil edir. 113 km uzunluğa, eni isə 45 km-dir. Adanın ən hündür nöqtəsi 2200 metrdir. Burada yaşayış yoxdur. Britaniya kral donanmasının üzvü David Milnenin şərəfinə adlandırılmışdır.
Nordenşeld Torpağı
Nordenşeld Torpağı (norv. Nordenskiöld Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). Öz növbəsində bir yarımadadır və adanın qərbində yerləşir. Torpaq İsford və Vanmiyenfiord arasında qərarlaşır. Torpaq finland qütb araşdırmaçısı kralı Adolf Nordenşeldin (1832—1901) şərəfinə adlandırılmışdır.
Palmer Torpağı
Palmer Torpağı (ing. Palmer Land) — Antarktik yarımadasının cənubunda, Qreyam Torpağı ilə Elsuort Torpağı arasında yerləşir. 1964-cü ilə qədər Antarktik yarımadası adlanırdı. Torpağın adası amerikalı kapitan Nataniel Palmerin şərəfinə adlandırılmışdır. O, 1820−1821-ci illərdə Antarktik yarımadasını tətqiq etmişdir. Palmer Torpağı Antarktik yarımadasınln cənubunda yerləşir. Şimal sərhədi — Qreyam Torpağı ilə sərhəd qərbdən Ceremi burnu, şərqdən isə Agassiz burnuna uzanır. Qərb sərhədi — I Aleksandr Torpağı ilə VI Georq boğazı ilə ayrılır. Boğazda VI Georq şelf buzlağı yerləşir. Şərq sərhədi — Ueddell dənizi və Ronn şelf buzlağı.
Piri Torpağı
Piri Torpağı (dan. Peary Land) — Yarımada Qrenlandiyanın şimal qutaracağında Viktoriya-Ford və İndependes-Ford körfəzləri sahillərində yerləşir. Yarımada şimalından Linkoln dənizi və Şimal Buzlu okeanın suları yuyur. Yarımadanın qərbdən şərqə uzunluğu 375 km təşkil edir. Ərazi dağlıqdır və ən hündür zirvə 1920 m təşkil edir. Sahilləri parçalıdır və fiordlarla zəngindir. Ən iri fiord Frederik-Hayd-Frorddur. Qərb sahillərində buzlaqlar vardır. Yarımadada Qrenlandiyanın ucqar şimal nöqtəsi olan Morris-Cesul burnu yerləşir. Yarımada ABŞ qütb araşdırmaçısı Robert Pirinin şərəfinə adlandırılmışdır.
Qeorq Torpağı
Qeorq Torpağı — Frans-İosif Torpağı arxipelaqına daxil olan Rusiyaya məxsus olan ada. Şimal Buzlu okeanın suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Arxangelsk vilayəti ərazisinə daxildir. Adanın uzunluğu 115 km, sahəsi — 2821 km² təşkil edir. Qeorq Torpağı arxipelaqın ən böyük adasıdır. Ən hündür zirvəsi Brusilov kupol buzlağıdır (416 m). Ada buxta və fiodlarla parçalanmışdır. Qeorq Torpağı ilə Aleksandra Torpağı arasında Kembricski boğazı yerləşir. Ada britaniyalı qütb araşdırmaçısı Benjamin Li Smit Kral V Georqun şərəfinə adlandırmışdır.
Qreyam Torpağı
Qreyam Torpağı (ing. Graham Land) — Antarktik yarımadasının şimal sahili boyunca Ceremi burnu ilə Eqessiz burnu arasında yerləşir. Onun uzunluğu 1200 km, qərbdən şərqə eni isə 200 km təşkil edir. Yarımadanın şimal hissəsi Qream Topağı (68 - 63-cü paralelər arası), cənubu isə (74 - 68-ci paralellər arası) Palmer Topağı adlanır. Qreyam Torpağının şimal hissəsi 130 km məsafədə Triniti yarımadası adlanır. Qreyam Torpağının şimal nöqtəsi Praym-Hed burnudur. Burun həmdə Antarktida materikinin ən ucqar şimal nöqtəsi hesab edilir. Bura Cənubi Amerikaya ən yaxın ərazidir. Qreyam Torpağı qərbdən Bellinshauzen dənizi, şimaldan Skotia dənizi, şərqdən isə Ueddell dənizi ilə əhatələnir. Qreyam Torpağı cənubdan Palmer Torpağı ilə sərhədlənir.
Rupertin torpağı
Rupertin torpağı, və ya Şahzadə Rupertin torpağı — Şimali Amerikadakı ərazi, Hudzon körfəzi hidroqrafik hövzəsinin bir hissəsini işğal etdi. Hudson's Bay şirkətinə aiddir. Bölgəyə şirkətin ilk qubernatoru Şahzadə Rupertin adı verildi. Rupertin Torpağı müasir Kanadanın mərkəzi hissəsini tutur, lakin kiçik bir hissəsi Amerika Birləşmiş Ştatlarındadır. Əvvəllər Rupertin ərazisi olan ərazi demək olar ki, Manitobanın hamısını, Saskaçevanın əksəriyyətini, cənub Alberta, cənub Nunavut, Ontario və Kvebekin şimal hissələrini, habelə Minnesota və Şimali Dakota əyalətlərinin bir hissəsini əhatə edir. 1670-ci ildə İngiltərə Kralı II Çarlz Hudzon Körfezi Şirkəti adlanan bir şirkətə Hudson Körfəzinə axan bütün çayların istismarı üzərində inhisar verdi və beləliklə şirkəti nəhəng bir ərazinin sahibi etdi. Təxminən 3.9 milyon kvadrat kilometrə sahib idi - bu, bugünkü Kanada ərazisinin üçdə birindən çoxdur. 1821-ci ildə Monreal Şimali-Qərb şirkəti və Hudzon Körfezi Şirkəti birləşdirildi və şirkət genişləndi. 1870-dən bir müddət əvvəl ticarət inhisarı ləğv edildi və ərazidə ticarət istənilən sahibkar üçün açıq idi. Şirkət, Rupertin 1868-ci il tarixli Torpaq Qanununa uyğun olaraq sahib olduğu yerləri Kanada Dominionuna satdı.
Sannikov Torpağı
Sannikov Torpağı — Şimal Buzlu okeanında, Yeni Sibir adalarından şimalında görülməsi ehtimal edilən kabus ada. Sannikov Torpağı haqqında ilk məlumatı 1810-cu ildə mamont sümüyü toplamaq hüququnu özündə saxlayan Yakov Sannikov vermişdir. O, təcrübəli qütb araşdırmaçısı, Stolbovoy adası və Faddeyevski adaları kəşf etmiş bir səyyahdır. O, Kotelnı adasından şimalda geniş torpaq sahəsinin olması fikrini irəli sürmüşdür. Ovçunun dözlərinə görə dənizin ortasında hündür daşlı dağlar müşahidə edilir. Torpağın mövcudluğuna şübhə yaradan məqam qazların yazda şimala gedərək payızda isə baları ilə geri qayıtması olur. Qazların buzlaq üzərində yuva qurub bala çıxarda bilməməsi şimalda onu deməyə əsas verirdi ki, şimalda əlverşli torpaq sahəsi vardır. Torpağın ehtimal olunduğu yer Yeni Sibir adalarından şimalda yerləşdiyindən daimi dəniz səht buzlağı ilə tam örtülü olması ehtimal edilirdi. Hətta Yeni Sibir adaları daimi buzlaqların sərhəddində yerləşir. Bu səbəbdən burada yerləşən adaların ətrafı cəmi iki ay müddətində buzdan azad olur.
Sebin Torpağı
Sebin Torpağı (norv. Sabine Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). Sebin Torpağı adanın şərq hissəsini təşkil edir. Sahəsi 1 900 km²-dir. Ərazisinin bir hissəsini Neqribrin buzlağı örtür. Torpaq irland alimi Edvard Sebinin şərəfinə adlandırılmışdır. O, 1898—1907-ci illərdə arktikaya təşkil edilən ekspedisiyanı maliyyələşdirmişdir.
Tasman Torpağı
Tasman Torpağı (ing. Tasman Peninsula) — Qərbi Avstraliyanın şimal hissəsindəki, Avstraliya materikinin çıxıntı hissəsidir. Tasman Torpağı Kinq və Kembric körfəzləri arasındakı Kimberli yaylaları, Antrim vulkanik yaylası və Fisroy çayı ovalığını özündə birləşdirən sahil zolağını əhatə edir. Ərazinin adı hollandiyalı tədqiqatçı Abel Tasmanın şərəfinə verilmişdir.
Uilks Torpağı
Uilks Torpağı (ing. Wilkes Land) — Şərqi Antarktida ərazisində, Adel Torpağı və Kraliça Meri Torpağı arasında yerləşir. Burada buzlaq qatının qalınlığı 3 km-dir. Bəzi hissəslərdə qalınlığı 1000—2500 metrdir. Sahilə yaxın yerlərdə vahələr (Banger vahəsi, Qrirson vahəsi), qayalar və nunataklar buzdan azaddır. Sahillərində Noks sahili, Badd sahili, Sabrina sahili, Banzare sahili və Klari sahili. Sahil Avstraliya antarktika ekspedisiyası (1911-1914) zamanı ABŞ antarktida ekspedisiyasıın rəhbəri Çarlz Vilksin şərəfinə adlandırılmışdır. O, 1840-cı ildə 97°-158° ş.u arasındakı bölgədə olmuşdur. Uilks Torpağına Avstraliya iddia edir. Ancaq Antarktida haqqında konvensiyasına görə bütün iddialar dondurulmuşdur.
Viktoriya Torpağı
Viktoriya Torpağları (ing. Victoria Land) — şərqində Ross Buz sahəsi və Ross dənizi, qərbdə isə Oates Torpağları və Vilkes Torpağları olan Antarktidada bir bölgədir. Kapitan Ceyms Klark Ross tərəfindən yanvar 1841-ci ildə kəşf edilmişdir və bu bölgəyə Birləşmiş Krallığın Kraliçası Viktoriyanın adı verilmişdir. Viktoriya Torpağlarının ən cənub nöqtəsi Minna Bluff adlı dağlıq çıxıntıdır. Bu çıxıntı; şimaldakı Skott sahilini, cənubdakı Ross müstəmləkəsinin, Hillari sahilindən ayırır. Bu bölgə, Transantarktika dağları adlı sıradağları, McMurdo Quru Vadilərindən (Şimali Futillsdə olan Abbott Dağı, ən yüksək nöqtəsidir) və Labirent olaraq bilinən düz ərazini əhatə edir. Bu bölgəni kəşf edənlər arasında Ceyms Klark Rossla yanaşı, Duqlas Mousonda yer alır.
Vilçek Torpağı
Vilçek Torpağı — Şimal Buzlu okeanında yerləşən, Frans-İosif Torpağına daxil olan ikinci ən böyük ada. Ada Avstriyalı Karl Veyprext və Yulius Payerin rəhbərlik etdiyi ekspedisiyanı maliyyələşdirən Hans Vilçekin şərəfinə adlandırılmışdır. Ada 1873-cü ildə kəşf edilmişdir. Frans-İosif Torpağı yasaqlığı ərazisinə daxildir. Arxipelaqın şərqində yerləşir. Qərb qrupunda yerləşən adalardan Avstriya boğazı ilə ayrılır. Qrehem-Bell adası ilə arasında Morqan boğazı yerləşir. Üzəri əsasən buzlaqlarla örtülü olur. Hündürlük 400-600 metr arasında dəyişir. Sahəsi 2055 km², ən hündür nöqtəsi isə 606 metrdir.
Şimal Torpağı
Şimal Torpağı (1926-cı ilə qədər — İmperator II Nikolay Torpağı) — Şimal Buzlu okeanda yerləşən arxipelaq. İnzibati cəhətdən Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisinə daxildir. Arxipelaqın sahəsi 37,000 km² təşkil edir. Yaşayışı olmayan adadır. Şimal Torpağında Komsomoles adasında Asiya qitəsinin ən ucqar şimal nöqtəsi olan Arkiçeski burnu yerləşir. Arxipelaq ilk dıfə 4 sentyabr 1913-cü ildə Şimal Buzlu okeana təşkil olunan esprdisiya zamanı aşkarlanmışdır. İlk əvvəl espedisiua üzvləri tərəfindən «Tayvay» adlandırılır. Bu ekspedisiyaya daxil olan «Taymır» və «Vayqaç» buzqıran gəmilərinin şərəfinə adlandırılır. Adaya rəsmi adı isə Rusiya dəniz nazirinin № 14 qərarı ilə «İmorator II Nikolay Torpağı» adlandırılır. Bu adı verilməsində müxtəlif fikirlər vardır.
İsrail Torpağı
İsrail Torpağı (ivr. ‏אֶרֶץ יִשְׂרָאֵל‏‎, Ereş Yisrael) — Cənubi Levant ərazisi üçün ənənəvi iudaist ad. Əlaqədar "Bibliya" və dini terminlərə Kənan torpaqları, Vəd edilmiş torpaqlar, Müqəddəs torpaqlar və Fələstin daxildir. Bu ərazinin sərhədlərinin tərifləri "Yəhudi Bibliyası"nda keçidlər arasında dəyişir. "Müqəddəs Kitab"ın başqa yerlərində doqquz dəfə "Dandan Beer-Şevaya", üç dəfə isə "Hamatın girişindən Misir çayına qədər" kimi xatırlanır. İsrail Torpağı konsepsiyası İsrail Dövlətinin qurucuları tərəfindən irəli sürülüb. Bu, tez-tez iki tarixi yəhudi krallığının adından İsrailin rəsmi diskursunda İudeya və Samariya dairəsi kimi xatırlanan İordan çayının qərb sahilinin statusu ilə bağlı siyasi müzakirələrdə üzə çıxır. İsrail tarixi Fələstin Davies, W. D., The Territorial Dimension of Judaism (1982), University of California Press Goldberg, Michael. Jews and Christians: Getting Our Stories Straight. Wipf and Stock Publishers.